07 Mayıs 2025
21YYTE.ORG Fikir Tankı Kıbrıs'ta Azerbaycanlı Öğrenciler Birliği Kuruluyor

Kıbrıs'ta Azerbaycanlı Öğrenciler Birliği Kuruluyor

2 Dakika
OKUNMA SÜRESİ
Kipr adasını əhatə edəcək azərbaycanlı tələbələrin assosiasiyası yaradılır Bir neçə ildir ki, müzakirəsi davam edən Kiprdə təhsil alan və məzun olmuş azərbaycanlı tələbələrin vahid təşkilat ətrafında birləşməsi məsələsi öz həllini tapıb Belə ki, 19 may 2014-cü il tarixində Şimali Kipr Türk Cümhuriyyətinin paytaxtı olan Lefkoşada həyata keçirilən universitet təmsilçilərinin qatıldığı iclas yekununda Azərbaycan-Kipr Tələbə Assosiasiyası (ingiliscə isə: Azerbaijan Student Association in Cyprus – ASAC ) qurulması haqda yekdilliklə qərar qəbul olunub. Təşkilatın katibliyindən Toğrul Abbasovun verdiyi məlumata əsasən, bu gündən etibarən Kiprdəki azərbaycanlılar vahid ad – ASAC adı altında Azərbaycanı təmsil edib və Azərbaycançılıq fəlsəfəsini ən layiqli şəkildə yaşatmaq uğrunda birlikdə fəaliyyət göstərəcəklər. Fəaliyyət çərçivəsində həyata keçiriləcək olan layihələr Azərbaycanın xaricdə təmsil olunması, milli, tarixi və mənəvi dəyərlərini, mədəniyyətini yerli əhali, Kiprdə yaşayan və təhsil alan dünyanın 85-dən artıq müxtəlif ölkə nümayəndələri, əcnəbi tələbələrə çatdırmaq və vətənimizi nüfuzunun daha da yüksəldilməsinə xidmət edəcəkdir. Qurumun mətbuat katibliyindən onu da bildirdilər ki, artıq Kiprin 3 universiteti üzrə ASAC prezidentləri – müvafiq olaraq, Doğu Akdeniz Universiteti üzrə Toğrul İbrahimli, Yakın Doğu Universiteti üzrə Rizvan Allahverdiyev və Uluslararası Kıbrıs Universiteti üzrə isə Müqəddəs Abbasov fəaliyyətə başlamışdır. Missiyanın sadəcə kiçik bir qisminin uğurla tamamlanması üçün fəaliyyət planında Kiprdəki həmvətənlərimizin təhsil aldığı digər universitetlər – Girne Amerikan Universiteti, Lefke Avropa Universiteti, Orta Doğu Teknik Universiteti və s. Kipr təhsil ocaqlarının da təşkilata cəlb olunması nəzərdə tutulur. ASAC-ın başlıca prinsiplərindən biri də Kiprdə təhsil alan tələbələrin problemləri ilə maraqlanmaq və onların operativ həll olunması üçün uyğun şərait yaratmaqdan ibarətdir.
Yorumlar
* Bu içerik ile ilgili yorum yok, ilk yorumu siz yazın, tartışalım *